Avtoreyd.Az Avtoxəbər Avtomobillərdəki belə kondisionerlər sürücüləri ziyana sala bilər (Video)

Avtomobillərdəki belə kondisionerlər sürücüləri ziyana sala bilər (Video)


Havaların isinməsi ilə bəzi sürücülər indidən avtomobillərdə kondisionerlərin istifadəsinə başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, uzun müddət istifadə edilməyən kondisionerlərdə sonradan bir sıra problemlər üzə çıxa bilər.

Avtomobillərdə tez-tez rast gəlinən əsas problem isə kondisionerlərdə qazın azalmasıdır. Bəzi sürücülər buna əhəmiyyət verməsələr də, sonradan daha çox xərcə düşə bilərlər.

Kondisioner ustası Qabil Əliyev deyir ki, salon filtrlərinin təmizlənib, yenidən istifadəsi ümumiyyətlə məsləhət deyil. Həmin filtirlər mütləq yeniləri ilə əvəz edilməlidir. Kondisionerə isə ən azı iki ildən bir xüsusi aparatlar vasitəsilə qaz-freon vurulmalıdır.

Kondisioneri olmayan avtomobillərə də bu sistemin quraşdırılması mümkündür. Bu isə avtomobil sahibinə ən azı 1500 manata başa gəlir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

BMW E39 əsasında QAZ-24BMW E39 əsasında QAZ-24

SSRİ-in çox avtomobil pərəstişkarları üçün əlçatmaz hədəf sayılan – satışa yeni daxil olmuş QAZ-24 sahib olmaq idi. Əfsanəvi “Volqa” çox illərə firavanlığın, rahatlığın və cah-calalın simvolu idi.SSRİ-də – yayılmış “Jiqulilərə”