”Bakı-Tbilisi-Qars” dəmir yolu xətti ilə sərnişinlər gələn ildən etibarən daşınacaq. Bunun üçün artıq yeni qatarlar da sifariş verilib.
Xezerxeber.az-ın məlumatına görə, bu açıqlamanı jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov verib. Onun sözlərinə görə, yeni qatarlarda sərnişinlərin rahatlığı üçün hər şey düşünülüb. Qatarlar İsveç şirkəti tərəfindən hazırlanır.
Yeni qatarlar Azərbaycanın dəmiryolu xətləri arasındakı 1520 millimetrlik enlilikdən Avropa standartına uyğun, yəni 1435 millimetrlik enə avtomatik olaraq keçə biləcək.
Cavid Qurbanov ”Bakı-Tblisi-Qars” dəmir yolu xətti ilə sərnişin daşımalarının qiymətinin çox baha olmuyacağını bildirib.
Qeyd edək ki, hazırda Bakı-Tblisi -Qars dəmir yolu xətti ilə yüklərin daşınması həyata keçirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: