Yasamal rayonu, Şərifzadə küçəsi, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında təhlükəli vəziyyət hökm sürür.
Xezerxeber.az-ın məlumatına görə, əksər piyadalar yeraltı keçidi qoyub, düz yolun hərəkət hissəsindən istifadə edirlər. Nəticədə də həm özləri, həm də sürücülər üçün qəza şəraiti yaradırlar. Piyadalardan niyə keçiddən yox, yoldan istifadə etmələrini soruşduqda isə onlar bunu müxtəlif səbəblərlə izah etdilər.
Metronun “20 Yanvar” stansiyasının yaxınlığında isə yolun dörd bir kənarında piyadaların yolun hərəkət hissəsinə çıxmaması üçün dəmir məhəccərlər çəkilib. Nəticədə də bu yolda təhlükə aradan qalxır.
Sürücülər bütün yollarda dəmir məhccərlərin quraşdırılmasının vacib olduğunu bildirirlər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, paytaxtda hərəkətin intensiv olduğu ərazilərdə belə məhəccərlər qurulur. Ən son “Koroğlu” metrosunun çıxışında həmin məhəccərlər çəkilib. Başqa yerlərdə də müşahidələr aparılır. Piyadaların çox olduğu ərazilərdə həmin məhəccərlərin quraşdırılması davam edəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: