“2019-cu ildən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatının tətbiqi nəzərdə tutulub”.

AvtoReyd.Az “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov “Mobil elektron imza” layihəsinin təqdimatında deyib.

O bildirib ki, bu, elektron imzanın kütləviləşməsinə gətirib çıxaracaq: “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə daim təkmilləşdirmə işləri həyata keçirir. Nazirlik vətəndaşların rahat şəkildə xidmətlərdən yararlanmaları üçün şərait yaratmaqda davam edir”.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.