Avtoreyd.Az Dörd çarx Yol nişanı var, amma piyada zolağı yoxdur – TƏHLÜKƏ (Video)

Yol nişanı var, amma piyada zolağı yoxdur – TƏHLÜKƏ (Video)


Gənclər sürətlə hərəkət edən avtomobillərin arasından keçmək istəyirlər. Digər piyadalar isə yolu keçmək üçün dəqiqələrlə gözləməli olur.

Söhbət paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzədə küçəsindən gedir. Bu küçədə piyada zolağı silinib. Bu isə ətrafda yaşayanlar üçün çətinliklər yaradır.

Xezerxeber.az-ın məlumatına görə, yolun hər iki tərəfindən piyada keçidini bildirən nişan var, amma dayanma və durma qaydasını pozan avtomaşınlar təhlükəni daha da artırır. Əraziyə bələd olmayan sürücülər həmin nişanı görmədiyi üçün ərazini gəldikləri sürətlə də keçirlər.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sözügedən əraziyə baxış keçiriləcək. Əgər həqiqətən də piyadaların dediyi kimi ərazidə problem varsa, zolaqlar yenidən rənglənərək təhlükəli vəziyyət aradan qaldırılacaq. O ki qaldı dayanma və durma qaydasını pozan sürücülərə, onlar da cərimə ediləcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

AvtoReyd.Az

Related Post

Turizm üçün əhəmiyyət kəsb edən yolun tikintisi davam edir (Video+Foto)Turizm üçün əhəmiyyət kəsb edən yolun tikintisi davam edir (Video+Foto)

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və