Avtoreyd.Az Dörd çarx Yol nişanı var, amma piyada zolağı yoxdur – TƏHLÜKƏ (Video)

Yol nişanı var, amma piyada zolağı yoxdur – TƏHLÜKƏ (Video)


Gənclər sürətlə hərəkət edən avtomobillərin arasından keçmək istəyirlər. Digər piyadalar isə yolu keçmək üçün dəqiqələrlə gözləməli olur.

Söhbət paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzədə küçəsindən gedir. Bu küçədə piyada zolağı silinib. Bu isə ətrafda yaşayanlar üçün çətinliklər yaradır.

Xezerxeber.az-ın məlumatına görə, yolun hər iki tərəfindən piyada keçidini bildirən nişan var, amma dayanma və durma qaydasını pozan avtomaşınlar təhlükəni daha da artırır. Əraziyə bələd olmayan sürücülər həmin nişanı görmədiyi üçün ərazini gəldikləri sürətlə də keçirlər.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sözügedən əraziyə baxış keçiriləcək. Əgər həqiqətən də piyadaların dediyi kimi ərazidə problem varsa, zolaqlar yenidən rənglənərək təhlükəli vəziyyət aradan qaldırılacaq. O ki qaldı dayanma və durma qaydasını pozan sürücülərə, onlar da cərimə ediləcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

AvtoReyd.Az

Related Post

Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edilib (Video+Foto)Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edilib (Video+Foto)

Lənkəran rayonunun Əşlə kəndində sel nəticəsində dağılan körpü yenidən tikilərək istifadəyə verilib.   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, agentlik tərəfindən yüksək keyfiyyətlə inşa olunan körpü R-48 Lənkəran-Lerik