Avtoreyd.Az Gündəm Gözü aparatdan da yaxşı,avtomobilin şüşəsinin tündlüyünü müəyyən edən inspektor

Gözü aparatdan da yaxşı,avtomobilin şüşəsinin tündlüyünü müəyyən edən inspektor


Oxucularımızdan biri  AvtoReyd.Az  saytına ünvanladığı məktubda qeyd edib ki, bu gün paytaxtın Tbilisi prospekti ərazisində onun avtomobilinin yan şüşələrinin tündlüyündən sübhələnən xidmət apardığı avtomobilin dövlət nömrə nişanı 317 olan DYP inspektoru,  nəqliyyat vasitəsini protokol tərtib edilmədən və heç bir ölçü götürülmədən cərimə meydançasına yerləşdirib. Səbəb kimi yan şüşələrin tündlüyünün normadan artıq olduğu deyilib. Sürücü soruşanda ki, bəs aparatsız siz necə müəyyən etdiniz? “Mənim gözüm məni aldatmır”  cavabını alıb… Maraqlısı odur ki, həmin sürücü şəhər DYP-na getdikdə, “Sabah müfəttiş sizinlə cərimə meydançasına gedəcək və orada şüşələrin tündlülüyü ölçüləcək” kimi cavab alıb. Soruşanda ki, niyə sabah? “Aparat bir dənədir və bu gün iş günü deyil” deyilib.Qeyd edək ki,sürücü tərəfindən bizə ünvanlanan müraciətdə avtomobilin yan şüşülərinin zavod istehsalı olduğu bildirilir. Xatırladaq ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklərin (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.

Bu Qanunun tələblərinə əsasən, işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

Küləyə qarşı şüşələr üçün – 75 %

Küləyə qarşı olmayan digər şüşələr üçün – 70 %

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya  sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

Şəkil bizə oxucumuz tərəfindən göndərilib. Ardı var…

AvtoReyd.Az

Related Post

Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisinə 150 milyon manat ayrılıbBakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisinə 150 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli

Paytaxtın nəqliyyat sistemində əhəmiyyətli yeniliklər olacaq – VİDEOPaytaxtın nəqliyyat sistemində əhəmiyyətli yeniliklər olacaq – VİDEO

Paytaxtın nəqliyyat sistemində əhəmiyyətli yeniliklər olacaq. Yeniliklər , taksi sürücülərinə fərqlənmə nişanının verilməsi, tıxacların qarşısını almaq üçün yeraltı və yerüstü keçidlərin tikintisi, nəqliyyat mübadilə mərkəzlərinin hazırlanması, yeni taksi konsepsiyasının işlənməsi,

Piyadalara tətbiq edilən cərimənin artırılmasını nəzərdə tutan dəyişiklik qüvvəyə minibPiyadalara tətbiq edilən cərimənin artırılmasını nəzərdə tutan dəyişiklik qüvvəyə minib

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. AvtoReyd.Az xəbər verir ki, dəyişiklik piyadaların cəriməsinin artırılması, nəqliyyat vasitələrinin texniki baxışın keçirilməsinin müddəti ilə bağlıdır. Belə ki, məcəllənin 338-ci (Piyadalar və