Yay aylarında avtomobillərin dəri oturacaqları tez tərlədiyindən və parça oturacaqlar tez çirkləndiyindən sürücülər oturacaqlara çexol çəkdirməyə üstünlük veririlər.
Xezerxeber.az-ın məlumatına görə, elə buna görə də çexollara tələb artıb. Belə çexolların ölçüləri adətən universal olur.
Hazırda bazara əsasən Çin və Türkiyədən çexol gətirilir. Satıcılar bildirir ki, Çindən gətirilən çexollar Türkiyədən gətirilənlərə nisbətən daha keyfiyyəti və bahalı olur. Bundan başqa, əvvələr toxunma çexollara üstünlük verilirdisə, indi parça çexollar daha çox satılır.
Qeyd edək ki, alınan çexolun atomobilin oturacaqlarına taxılması üçün əlavə ödəniş alınmır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: