Avtoreyd.Az Dörd çarx Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisinə 3,3 milyon manat ayrılıb

Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisinə 3,3 milyon manat ayrılıb


Prezident İlham Əliyev Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AvtoReyd.Az xəbər verir ki, sərəncamla iyirmi bir min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Related Post

“Eksperimentalniy”, “Semaşka” – Bu sərnişinlər arasında çaşqınlıq yaradır – VİDEO“Eksperimentalniy”, “Semaşka” – Bu sərnişinlər arasında çaşqınlıq yaradır – VİDEO

Bakıda bəzi avtobusların trafaretlərində hələdə sovet dövründən qalan adlar yazılır. Bu da sərnişinlər arasında çaşqınlıq yaradır. “Valadark”,”Eksperimentalniy”, “Semaşka” Paytaxdakı avtobusların trafaretlərinə hələdə sovet dövründən qalma adlar yazılır. Sənişinlər bu adların