Avtoreyd.Az Dörd çarx Bu istiqamətdə hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Bu istiqamətdə hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.


“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai prospekti, Xətai prospektinin Heydər Əliyev prospektinə çıxan körpü və ətrafında, həmçinin Heydər Əliyev prospektindən Babək prospektinə çıxan körpü və ətrafında üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 12 may 2018-ci il tarixində axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. Tam məhdudlaşdırma həmin hissələrində olan körpü üzərlərində tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq.Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AvtoReyd.Az

Related Post

Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTOAğstafa-Köçəsgər avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTO

Ağstafa rayonunun Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi və yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. “Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, sözügedən avtomobil yolu artıq yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir. Ağstafa-Köçəsgər avtomobil

Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edilib (Video+Foto)Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edilib (Video+Foto)

Lənkəran rayonunun Əşlə kəndində sel nəticəsində dağılan körpü yenidən tikilərək istifadəyə verilib.   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, agentlik tərəfindən yüksək keyfiyyətlə inşa olunan körpü R-48 Lənkəran-Lerik