Avtoreyd.Az Gündəm “Bakı Metropoliteni”nə daha bir yeni qatar gətirilib

“Bakı Metropoliteni”nə daha bir yeni qatar gətirilib


“Bakı Metropoliteni” QSC ilə “Metrovaqonmaş” arasında imzalanmış müqavilə çərçivəsində Bakıya növbəti yeni qatar gətirilib.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

“Ötən həftə qatarlardan digəri artıq ölkəyə gətirilib. Hazırda qatar depodadır, onun hazırlanma işləri gedir. Daha sonra sınaq olunacaq və hazır olduqdan sonra xəttə buraxılacaq”, – deyə N. Paşayev vurğulayıb.

 Qeyd edək ki, “Bakı Metropoliteni” QSC Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə “81-765/766” modelində 5 vaqondan ibarət iki metro qatarının gətirilməsi ilə bağlı müqavilə imzalayıb. Yeni gətirilən qatarlar müasir tiplidir. Bu qatarlar 2015-ci ildə gətirilən qatarlardan daha komfortludur. Hər vaqonda 16 ədəd USB port var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq. Vaqonların istismar müddəti 31 ildir.

Related Post

Goranboyda avtomobil yolunun tikintisinə 4,4 milyon manat ayrılıbGoranboyda avtomobil yolunun tikintisinə 4,4 milyon manat ayrılıb

Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. “Report”un məlumatına görə, on iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun tikintisi

Adını siz qoyun…Adını siz qoyun…

Mütamadi olaraq yol hərəkətin təşkili və ümumiyyətlə nəqliyyat sektoru haqqında ara sıra istər tənqidi, istərsə də marifləndirici yazılar yazırıq, amma görünür hələ bir çox qurumlar bunu ya icra etmək istəmir

Sabah hava NECƏ OLACAQ?Sabah hava NECƏ OLACAQ?

Dekabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər