Avtoreyd.Az Gündəm “Bakı Metropoliteni”nə daha bir yeni qatar gətirilib

“Bakı Metropoliteni”nə daha bir yeni qatar gətirilib


“Bakı Metropoliteni” QSC ilə “Metrovaqonmaş” arasında imzalanmış müqavilə çərçivəsində Bakıya növbəti yeni qatar gətirilib.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

“Ötən həftə qatarlardan digəri artıq ölkəyə gətirilib. Hazırda qatar depodadır, onun hazırlanma işləri gedir. Daha sonra sınaq olunacaq və hazır olduqdan sonra xəttə buraxılacaq”, – deyə N. Paşayev vurğulayıb.

 Qeyd edək ki, “Bakı Metropoliteni” QSC Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə “81-765/766” modelində 5 vaqondan ibarət iki metro qatarının gətirilməsi ilə bağlı müqavilə imzalayıb. Yeni gətirilən qatarlar müasir tiplidir. Bu qatarlar 2015-ci ildə gətirilən qatarlardan daha komfortludur. Hər vaqonda 16 ədəd USB port var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq. Vaqonların istismar müddəti 31 ildir.

Related Post

Kamran Əliyev: “Sükan arxasında söhbət edən sürücülərin cərimələnməsi ilə bağlı xüsusi göstəriş yoxdur”Kamran Əliyev: “Sükan arxasında söhbət edən sürücülərin cərimələnməsi ilə bağlı xüsusi göstəriş yoxdur”

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərin nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıracaq hərəkətləri etməsinə görə cərimələnəcəyi ilə bağlı sosial şəbəkələrdə