Avtoreyd.Az Dörd çarx Paytaxtın 3 yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Paytaxtın 3 yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Binəqədi rayonu, Balaxanı-Xırdalan, Novxanı-Binəqədi, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu-Hökməli avtomobil yollarında üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Related Post

Suraxanı rayonunda 2.7 km avtomobil yolu yenidən qurularaq istifadəyə verilib (Vide+Foto)Suraxanı rayonunda 2.7 km avtomobil yolu yenidən qurularaq istifadəyə verilib (Vide+Foto)

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonunda 2.7 km avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq