Avtoreyd.Az Dörd çarx Paytaxtın 3 yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Paytaxtın 3 yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Binəqədi rayonu, Balaxanı-Xırdalan, Novxanı-Binəqədi, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu-Hökməli avtomobil yollarında üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Related Post

Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır: “Opel” 1125, “Mitsubishi” 10 min, “Kia Rio” 5000 AZN (SİYAHI)Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır: “Opel” 1125, “Mitsubishi” 10 min, “Kia Rio” 5000 AZN (SİYAHI)

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunur. AvtoReyd.Az-in məlumatına görə, 1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası”

Bu gündən 39 nömrəli marşrut üzrə müasir avtobuslar xidmət göstəriləcəkBu gündən 39 nömrəli marşrut üzrə müasir avtobuslar xidmət göstəriləcək

Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Son illər dövlət başçısının tapşırığı ilə sərnişindaşımada yaradılan düzgün və şəffaf iş sistemi nəticəsində daşıyıcılar tərəfindən də avtobus parkının yenilənməsi istiqamətində