Avtoreyd.Az Dörd çarx Bakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər edilir (Foto)

Bakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər edilir (Foto)


Bu yeniliklərdən biri Bakı Dairəvi-1 avtomobil yolunda edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,Moskva prospektinin “Şamaxinka” deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi məqsədi üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının razılığı ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər olunur. Dəyişikliklərdən sonra artıq həmin avtomobillərin “Şamaxinka” ərazisinə daxil olmadan Biləcəri-Sumqayıt istiqamətində rahat və təhlükəsiz hərəkəti təmin olunacaq.

Yenidənqurma işləri çərçivəsində Bakı Dairəvi-1 avtomobil yolunun əsas hissəsi ilə köməkçi hissəsi arasında yerləşən səs boğucularının və dəmir-beton hissənin sökülməsi işləri aaprılır. Bunula da əsas yoldan köməkçi yola yeni keçid hissə açılır.

Əsas yoldan yan yola keçid kimi hazırda istifadə olunan hissədə aparılacaq müəyyən dəyişikliklərdən sonra isə yan yoldan, yəni Yeni Yasamal ərazisindən gələn avtonəqliyyat vasitələri əsas yola keçid hissə kimi istifadə edə biləcəklər. Bunun üçün ərazidə yenidənqurma işlərindən sonra zəruri yol nişanları və təhlükəsizlik dirəkləri də quraşdırılacaq.

İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması məqsədi ilə əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Related Post

Bu hal sürücülər üçün qəza riskini artırır – Əksər sürücülərin xəbəri yoxdur – VİDEOBu hal sürücülər üçün qəza riskini artırır – Əksər sürücülərin xəbəri yoxdur – VİDEO

Əksər sürücülər avtomobilin əyləc mayesini uzun illərdir dəyişdirmir. Hətta on və daha çox ildir əyləc mayesini dəyişdirməyən sürücülər var. Xezerxeber.az məlumat verir ki, avtomobilin əyləc mayesinin dövri olaraq dəyişdirilməsi mütləqdir.

175 nömrəli marşrut xətti üzrə yeni dayanacaq məntəqəsində yol nişanları qoyulub (Foto)175 nömrəli marşrut xətti üzrə yeni dayanacaq məntəqəsində yol nişanları qoyulub (Foto)

175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. AvtoReyd.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin

Binəqədi rayonunda daha 2 küçədə təmir-tikinti işləri bitir – VİDEO / FOTOBinəqədi rayonunda daha 2 küçədə təmir-tikinti işləri bitir – VİDEO / FOTO

Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam