Avtoreyd.Az Dörd çarx Bakı-Quba yolu yenidən qurulur (Video)

Bakı-Quba yolu yenidən qurulur (Video)


Bakı-Quba yolunun 45-ci kilometrliyindən başlayaraq nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulub. Artıq yolun bir hissəsi ilə hərəkət etmək mümkündür. Buna səbəb isə yolda yenidənqurma işlərinin aparılmasıdır.

Avtomobillər yalnız yolun bir hissəsi ilə hərəkət edir, digər hissədə isə yenidənqurma işləri aparılır.

Görüntülər Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindəndir. Yolun bu hissəsində tikinti işlərinə başlanıldığından nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Yenidən qurulacaq yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçidlərin, suötürücü boruların, işıqlandırma vasitələrinin, beton çəpərlərin və bordürlərin quraşdırılması nəzərdə tutulur. Həmçinin, heyvanlar üçün yolaltı keçidlər tikiləcək və səsboğucu qurğular quraşdırılacaq.

Yeni inşa edilən yol hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonunun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 kilometr uzunluğa malik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 157 kilometr təşkil edəcək.

Related Post

Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrılıbCəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrılıb

Prezident İlham Əliyev Cəlilabad rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)–Maşlıq–Muğan–Söyüdlü–Kazımabad–Göytəpə–Privolnoye–Ağdaş–Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla qırx iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini

Azərbaycana elektrobus gətirilirAzərbaycana elektrobus gətirilir

Belarusun ictimai elektrikli nəqliyyat istehsalçısı olan “Belkommunmaş” şirkəti Azərbaycana 4 böyük tutumlu elektrobus təchizatına hazırlaşır. AvtoReyd.Az Belarus KİV-inə istinadən xəbər verir ki, avtomobillər Gəncə şəhərində bunun üçün xüsusi hazırlanmış marşrut üzrə sınaqdan keçiriləcək. Gələcəkdə yerli