Avtoreyd.Az Dörd çarx DİQQƏT! Rənglənmə ilə əlaqədar 2 ərazidə hərəkət qismən məhdudlaşdırılır

DİQQƏT! Rənglənmə ilə əlaqədar 2 ərazidə hərəkət qismən məhdudlaşdırılır


“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, həmçinin Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi – Lökbatan dairəsi arasında yerləşən hissəsində hər iki istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Bu məqsədlə, sözügedən yollar boyu 19 may tarixində 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə (işlərin aparıldığı zolaqlar üzrə) qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Öncədən təşəkkürümüzü bildiririk!

Related Post

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması yekunlaşır (Video+Foto)Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması yekunlaşır (Video+Foto)

Azərbaycan Prezidentinin Sərəncamına əsasən bir-neçə avtomobil yoluna çıxışı təmin etmək ( Bakı-Sumqayıt, Binəqədi-Novxanı, Mehdiabad-Fatmayı-Goradil, Zabrat-Maştağa) və bu yollar üzərində yerləşən qəsəbələrə gediş-gəlişi rahatlaşdırmaq baxımından xüsusi əhəmiyyətə malik olan Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən

Sərnişinlər 107 saylı marşrutdan narazıdır – “Avtobuslar on beş dəqiqəlik yolu bir saata gedirlər” (Video)Sərnişinlər 107 saylı marşrutdan narazıdır – “Avtobuslar on beş dəqiqəlik yolu bir saata gedirlər” (Video)

Bakıətrafı qəsəbələrə hərəkət edən 107 saylı sərnişin avtobusu adətən 15 dəqiqəyə gedilən yolu 45 dəqiqəyə və ya bir saata gedir. Bunu sərnişinlər iddia edir. Bildirirlər ki, avtobusda həmişə sıxlıq olur,