Avtoreyd.Az Avtoxəbər Porsche müvəqqəti avtomobil sifarişlərin qəbulunu dayandırdı

Porsche müvəqqəti avtomobil sifarişlərin qəbulunu dayandırdı


Alman istehsalçısı yeni ekoloji standartların tətbiqinə hazırlaşır.

AvtoReyd.Az Autocar-ın Britaniya nəşrinə istinadən məlumat verir ki,Porsche şirkəti Avropada bütün modellərə sifariş qəbulunu dayandırıb və anbar ehtiyatlarını artırır. Belə ölçülər WLTP-ın zərərli maddələrinin tullantı ölçülərinin yeni dövrünün qüvvəyə minməsinə görə qəbul edilib.

Markanın nümayəndəsi qeyd edib ki, anbar ehtiyatlarının artımı standart modellərlə şirkətə WLTP dövrünün qüvvəyə minməsindən neqativ təsiri azaltmağa imkan yaradacaq. Düzdür, fərdi konfiqurasiyada avtomobili almaq arzusunda olan müştərilər yeni reqlamentə əsasən avtomobillərin sertifikatlaşdırılmasını gözləməyə məcbur ediləcək.

“Minik avtomobilləri üçün ümumdünya harmonikləşmiş test dövrü” (WLTP) artıq köhnəlmiş 1970-ci ildən qüvvədə olan New European Driving Cycle əvəz edəcək. Yeni dövr müasir şərtləri nəzərə alaraq hazırlanıb: avtomobil üçün test distansiyası artırılacaq, sürət yığma miqdarı yüksələcək ,amma dayanacaqların sayı, əksinə azaldılacaq.

Yeri gəlmişkən, fevralın sonunda belə bir məlumat verilirdi ki, Porsche öz avtomobillərini dizel mühərrikləri ilə təchiz etməyi dayandırır. Şirkət Macan S Diesel və Panamera 4S Diesel modellərinin istehsalını dayandırdı və Cayenne seriyası dəyişilikdən sonra dizel versiyasına yiyələnə bilmədi.

Amma, bir müddətdən sonra bu informasiyanın təkzibi çıxdı.Satış bölməsinin rəhbəri Detlev bildirdi ki, onlar dizellərdən imtina etmirlər.
Ötən ayın sonunda məlum oldu ki, Almaniya polisi Porsche-in aparıcı mühərrik mütəxəssi Kerner Yorğu həbs edib.

AvtoReyd.Az

Related Post

Yeni “Niva” GƏLİRYeni “Niva” GƏLİR

“Avtorevyu” nəşri “Lada 4×4” – daha çox “Niva” adı ilə tanınan yolsuzluq avtomobilinin növbəti nəslinin yaradılması üzərində işlərin gedişi haqqında məlumat yayıb. AvtoReyd.Az bildirir ki, daha əvvəl yer alan şayiələr təsdiqlənib.