Avtoreyd.Az Gündəm Mingəçevirdə yol polisi reyd keçirib (Foto)

Mingəçevirdə yol polisi reyd keçirib (Foto)


Mingəçevir şəhər Polis Şöbəsinin yol polisi bölməsi növbəti dəfə piyadalara, qayda pozan sürücülərə, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı profilaktiki reyd keçirib.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, piyadaların hərəkətinin intensiv olduğu küçələrdə təşkil olunan reyd zamanı qayda pozan şəxslər çoxluq təşkil edib. Polis əməkdaşları həmin piyadalarla söhbətlər aparıb, onlara piyada keçidindən keçməyin zəruri olduğunu bildiriblər. Həmçinin, reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmayan və digər qayda pozan sürücülər haqqında protokol yazılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Reydlə bağlı Mingəçevir şəhər Polis Şöbəsinin yol polisi bölməsindən bildirilib ki, reydin əsas məqsədi yol hərəkəti iştirakçıları olan piyadalar, nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparmaq olub: “Reyd zamanı şəhərin müxtəlif yerlərində piyadalar saxlanılıb, onlara izah olunub ki, piyadalar üçün müəyyən olunmuş piyada keçidlərindən istifadə etsinlər. Yolun digər tərəfinə keçərkən işıqforun tələbinə əməl etsinlər. Eyni zamanda Mingəçevir şəhərində 7-8 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə görüş keçirilib və onlarla profilaktiki söhbətlər aparılıb. İzah olunub ki, sərnişindaşıma ilə məşğul olarkən qaydalara əməl edilməli, normadan artıq sərnişin götürməməli, hərəkətdə olarkən dayanacaq olmayan yerlərdə avtobusu saxlamamalıdırlar”.

AvtoReyd.Az

Related Post

Əcnəbi-sürücülər sürücülük vəsiqəsiz qaldılar!Onlara Rusiya şəhadətnaməsi olmadan işləməyi qadağan etdilər.Əcnəbi-sürücülər sürücülük vəsiqəsiz qaldılar!Onlara Rusiya şəhadətnaməsi olmadan işləməyi qadağan etdilər.

Əcnəbi-sürücülər üçün qara günlər başladı.AvtoReyd.Az Rusiya KİV-nə istinadən məlumat verir ki,Rusiya sürücülük vəsiqəsi olmadan bu ölkənin ərazisində sürücü kimi çalışa bilməyəcəklər.Bu məsələyə 2014-cü ildə son qoymağa planlaşdırılsada yalnız bu gün yekunlaşıb.

Avtobusu sərxoş halda sürən sürücü sərbəst buraxılıb – Qanunda boşluq var, yoxsa… – VİDEOAvtobusu sərxoş halda sürən sürücü sərbəst buraxılıb – Qanunda boşluq var, yoxsa… – VİDEO

Sürücülük hüququ olmadan avtobusu sərxoş idarə edən sürücü məhkəmədə sərbəst buraxılıb. Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonlardan birində baş verib. Dövlət Yol Polisi əməkdaşları xidmətdə olarkən rayondaxili sərnişin avtobusu idarə edən