Avtoreyd.Az Dörd çarx Rənglənmə ilə əlaqədar bir-neçə ərazidə hərəkət qismən məhdudlaşdırılacaq

Rənglənmə ilə əlaqədar bir-neçə ərazidə hərəkət qismən məhdudlaşdırılacaq


Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət və Lermantov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev küçəsi – “Dalğa Plaza” arasında yerləşən hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu məqsədlə sözügedən küçələr boyu bu axşam saat 22:00-dan səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Öncədən təşəkkürümüzü bildiririk!

AvtoReyd.Az

Related Post

Şamaxının 5 kəndini birləşdirən yolun təmirinə başlanılıb (Video+Foto)Şamaxının 5 kəndini birləşdirən yolun təmirinə başlanılıb (Video+Foto)

Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, sözügedən yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə

Bakı–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə start verilib (Video+Foto)Bakı–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə start verilib (Video+Foto)

Regionların davamlı və tarazlı inkişafının təmin olunması üçün müasir yol infrastrukturunun yaradılması müstəsna əhəmiyyət kəsb edir. Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, yerli əhəmiyyətli

Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır (Video+Foto)Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır (Video+Foto)

Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən və  bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb. Lənkəran rayonu da genişmiqyaslı işlərdən kənarda qalmayıb. Belə ki,