Avtoreyd.Az Gündəm Sürücülük vəsiqələri beynəlxalq standartlara cavab vermir – DƏYİŞİKLİK OLACAQ

Sürücülük vəsiqələri beynəlxalq standartlara cavab vermir – DƏYİŞİKLİK OLACAQ


Azərbaycanın sürücülük vəsiqələri beynəlxalq standartlara cavab vermir. Odur ki, Azərbaycanda sürücülük hüququ ilə bağlı yeni altkateqoriyalar müəyyənləşdirilir.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı ”Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik edilir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, 2011-ci ildə yol hərəkəti haqqında konvensiyaya dəyşiklik edilsə də, Azərbaycanda bu dəyşiklik icra edilmədi. Elə buna görə də bizim sürücülük vəsiqələrində çatışmazlıqlar var. Bunlardan biri sürücülük vəsiqəsindəki məlumatların ardıcıllığa uyğun olmamasıdır.

Bundan başqa, dəyşiklikdə sürücülərin xüsusi ilə də xarici ölkədə rastlaşdığı problemə də son qoyulacaq. Bundan sonra sürücülük vəsiqəsində ad və soyad həm latın, həm də ingilis əlifbası ilə yazılacaq.

Bir sözlə, 5 altkateqoriya yaradılır. A, B və C kateqoriyaları ilə yanaşı, B1 və C1 altkateqoriyaları müəyyənləşir. Bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaş, BE kateqoriyası ilə yanaşı C1E altkateqoriyası müəyyənləşdirilir ki, bu da 19 yaşdan etibarən veriləcək.

D kateqoriyası ilə yanaşı D1 altkateqoriyasıda olacaq. Bu isə 23 yaş, D1E altkateqoriyası isə yaşı 25-dən 65-dək olan şəxslərə veriləcək. Həmin şəxslərin isə avtomobil idarə etmək sahəsində təcrübəsi 2 ildən az olmamalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Bakıda şəhid qızını maşınla vurub öldürübmüş məhşur biznesmenin oğlu həbs edildi – RƏSMİBakıda şəhid qızını maşınla vurub öldürübmüş məhşur biznesmenin oğlu həbs edildi – RƏSMİ

Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Bakı

Daha 200 avtobus hər gün texniki baxışdan keçiriləcək – Yeni istehsalat bazası açıldı – VİDEODaha 200 avtobus hər gün texniki baxışdan keçiriləcək – Yeni istehsalat bazası açıldı – VİDEO

Bakı şəhərində hərəkət edən bütün marşrut avtobuslarının hər gün texniki baxışdan, eləcə də sürücülərin tibbi müayinədən keçirilməsi üçün istehsalat bazasının olması mütləqdir. Xezerxeber.az məlumat verir ki, Bakı Nəqliyyat Agentliyinin bu