Avtoreyd.Az Dörd çarx Avtomobilini qanuni dayanacaqda saxlayan sürücü cərimələndi (Video)

Avtomobilini qanuni dayanacaqda saxlayan sürücü cərimələndi (Video)


Qanuni parklanma ərazisində avtomobilini park edən sürücünü yol polisi 20 manat miqdarında cərimələyib. Hər halda sürücü belə iddia edir. Yol polisindən isə məsələnin araşdırılacağı bildirilib.

Yol polisi avtomobilini qanunla nəzərdə tutulmuş yerdə park edən sürücünü cərimələdi.

Belə bir iddia ilə paytaxt sakini Ozal Məmmədov çıxış edib. Onun sözlərinə görə, 2 gün əvvəl paytaxtın 28 may küçəsində yerləşən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatların olduğu ərazidə avtomobilini park edib.

Sürücü az keçməmiş gözlənilməz hadisə ilə qarşılaşıb. “Asan-Pay” tərəfindən onun mobil telefonuna göndərilən SMS-də avtomobilini qanunsuz yerdə saxlaması əsas gətirilərək 20 manat məbləğində cərimələndiyi qeyd olunub.

Adı çəkilən ərazidə çəkiliş apardığımız zaman hadisənin yaşandığı yerdə avtomobil dayanacağının olduğunu bildirən nişan və parkomat aparatının quraşdırıldığının şahidi olduq.

Məsələ ilə bağlı Bakı şəhər dövlət yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov “Xəzər Xəbər”ə bildirdi ki, problemdən xəbərdardır və hazırda məsələ ətraflı araşdırılır. Kimin günahkar olması isə bu araşdırmadan sonra bəlli olacaq.

Related Post

Ötən il Azərbaycanda baş verən avtomobil qəzalarında 750 nəfər ölüb, 1719 nəfər yaralanıbÖtən il Azərbaycanda baş verən avtomobil qəzalarında 750 nəfər ölüb, 1719 nəfər yaralanıb

Ötən il Azərbaycanda baş verən avtomobil qəzalarında ölən şəxslərin sayıı açıqlanıb. Dövlət Statistika Komitəsinin  məlumata görə, 2017-ci ildə ölkənin avtomobil yollarında 1833 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bildirilib ki, 2016-cı illə müqayisədə yol qəzalarının sayı 8,6 faiz azalıb.

Binəqədi rayonunda bir-neçə küçədə aparılan təmir işləri yekunlaşdırılıb – VİDEO / FOTOBinəqədi rayonunda bir-neçə küçədə aparılan təmir işləri yekunlaşdırılıb – VİDEO / FOTO

Binəqədi rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir-neçə küçədə aparılan kompleks yenidənqruma işləri yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,söhbət bir-biri ilə kəsişən Məsud Davudoğlu,Şota Rustavelli, Svetlana