Yevlaxda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un yerli bürosunun məlumatına görə, “VAZ-2106” markalı avtomobilin digər maşınla toqquşması nəticəsində “VAZ”da olan 1988-ci il təvəllüdlü Rüstəm Əşrəfov və 1987-ci il təvəllüdlü Ramal Hacıyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.