Avtoreyd.Az Gündəm 11 əsas küçədə parklanma qadağan ediləcək (Video)

11 əsas küçədə parklanma qadağan ediləcək (Video)


Fizuli,Səməd Vurğun, Həsən Əliyev ,Bakıxanov dadaxil olmaqla paytaxdakı11 küçə və prospektdəparklanma qadağan ediləcək. Buna səbəb həmin ərazilərdəki parklanmanın hərəkətə mane olmasıdır. Bakı nəqliyyat agentliyindən bildirilib ki, həmin ərazilərdə əsasən qanunsuz parklanma həyata keçirilir. Bu 11 küçədə parkomatlara rast gəlinsə, onların da yeri dəyişdiriləcək.

Paytaxtın əsas küçələrində hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək.

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri şəhərin əsas arterial damarı hesab edilən 11 küçədə parklanma ilə bağlı vəziyyəti təhlil ediblər. Nəticədə də həmin küçələrdə yol hərəkətinə mane olan yerlərdə parklanmanın qadağan edilməsi barədə qərar qəbul edilib. Bununla bağlı layihə də hazırlanıb.

Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin sözlərinə görə, nəqliyyat vasitələrinin nisbətən az olduğu nəzərə alınaraq işlər qarşıdakı yay aylarında həyata keçiriləcək.

Sözügedən ərazilərdə parklanmanın qadağan olunması sürücülərin də ürəyincədir.

Bununla yanaşı, paytaxtda 74 yol kəsişməsində nəqliyyatın vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihə də icra ediləcək. Bu çərçivədə müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək.

Related Post