Avtoreyd.Az Avtoxəbər Azərbaycanda sürücülər benzini maye qaza dəyişir – “Qiymətdə yarıbayarı fərq var…”(Video)

Azərbaycanda sürücülər benzini maye qaza dəyişir – “Qiymətdə yarıbayarı fərq var…”(Video)


Dünyanın ən ekoloji yanacağı sayılan “CNG” yəni sıxılmış metan qazına ölkəmizdə də maraqartır. Tələbat çox olsada belə qazın satıldığı yanacaq doldurma məntəqəsi cəmi 1 yerdədir. Yaxın aylardadaha 2 belə məntəqənin istifadəyə verilməsi gözlənilir. Bu yanacaqdan istifadə edən sürücülər pullarına təxminən 50-60 % qənaət edirlər.

Həm qiyməti ucuzdur, həmdə ekoloji yanacaqhesab edilir.

5 manatlıq CNG qazı ilə kiçik mühərrikli avtomobillə hətta 230 kilometr yol qət etmək mümkündür. Ölkəmizdə geniş yayılmasada CNG, yəni sıxılmış metan qazı ən sərfəli yanacaq növlərindədir. Bir kubu 35 qəpik olan buyanacaqdan istifadə edən sürücülər pullarına 50-60 % qənaət edirlər.

CNG avadanlıqının həm benzin , həm də dizellə işləyən avtomobillərə quraşdırılması mümkündür. Avadanlıq quraşdırılan zaman avtomobil həm CNG , həm də öz yanacaqı ilə işəyə bilir.

Metan qazından istifadə edən sürüclər bu yanacaq doldurma məntəqəsinin ölkə üzrə cəmi 1 yerdə olmasından narazıdır.Təlabatın artdığını nəzərə alan Dövlət Neft Şirkəti Bakı şəhərində yaxın aylarda daha 2 yanacaq doldurma məntəqəsini istifadəyə verəcək.

CNG qazda yüksək təzyiq olduqu üçün onun balonuda xüsusi qaydada hazırlanır və hətta gülləyə qarşıda davamlı olur.Qeyd edək ki, paytaxt yollarında hərəkət edən müasir avtobuslar da CNG qazı ilə işləyir.

Related Post

Tyunerlər Lada Xray-in üzərində çalışaraq onu güclü audiosistemlə təhciz edilmiş yolsuzluq avtomobilinə çevirib(foto)Tyunerlər Lada Xray-in üzərində çalışaraq onu güclü audiosistemlə təhciz edilmiş yolsuzluq avtomobilinə çevirib(foto)

Rusiyanın Sankt-Peterburq şəhərində əsaslanan İntey firması artıq neçə ildir ki, multimedia həvəskarlarını öz orijinal işləriylə sevindirir. Bu dəfə “İntey Tuning” mütəxəssisləri Lada XRay üzərində çalışıblar. Tyunerlər tərəfindən işlənmiş Lada Xray-in

Maşının satış qiymətini qaldırmaq üçün bu üsula əl atırlar – Diqqətli olun! – VİDEOMaşının satış qiymətini qaldırmaq üçün bu üsula əl atırlar – Diqqətli olun! – VİDEO

Avtomobilin satış qiymətini qaldırmaq üçün kilometrajı geri çəkdirilir. Bu yolla alıcılar aldadılır. Hüquqşünaslar bu halın ölkə qanunvericiliyinə zidd olduğunu bildirir. Xezerxeber.az-ın məlumatına görə, istehlakçıları aldadan şəxslər 3 min manatdan 5