Ötən gün axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası nəticəsində yaralıların sayı 6 nəfərə çatıb.
“Report”un Cənub bürosu xəbər verir ki, onlardan ikisi Cəlilabad, digər 4-ü isə Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.
Qəza nəticəsində xəsarət alan Masallı rayon Bədəlan kənd sakinləri – 1995-ci il təvəllüdlü Səmədova Gülər Nadir qızı və 2017-ci il təvəllüdlü Səmədov Məhəmməd Afiq oğlu, həmçinin Masallı rayon Kolatan kənd sakinləri – 2003-cü il təvəllüdlü i Quliyev Akşin Ehtiram oğlu və 1998-ci il təvəllüdlü Əbülfəzzadə Şəfa Qasım qızı Masallı xəstəxanasına, 1987-ci il təvəllüdlü Cabbarova Günəş, eyni zamanda azyaşlı Sadıqova Səbiyyə Şəmşad qızı isə Cəlilabad xəstəxanasına çatdırılıb.
Masallıya aparılan yaralıların vəziyyətləri orta-ağırdır.
Ölən şəxs mikroavtobusun sürücüsü, Masallı rayon sakini Dadaşov İbrahim Dadaşbala oğludur. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.