Avtoreyd.Az Hadisə Göyçayda uçan körpünün bərpası istiqamətində addımlar atılacaq (Foto)

Göyçayda uçan körpünün bərpası istiqamətində addımlar atılacaq (Foto)


Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən, yanaşma yolları ilə bərabər 74 metr uzunluğa malik avtomobil körpüsünün sol yanaşma yolunun bir hissəsini uçurub.

AvtoReyd.Az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfliyə istinadən xəbər verir ki, sel suları sutəmizləyici qurğunu yuması nəticəsində su yanaşma yolunun torpaq yatağına daxil olub.

Nəticədə yolun torpaq yatağı yuyulub və körpüyə yanaşma yolunda uçqun baş verib: “Uçmuş yol hissəsinin uzunluğu təqribən 6-7 metr təşkil edir. Körpünün özünə və dayaqlarına heç bir ziyan dəyməyib. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib. Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib. Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün yanaşma yolunun bərpası istiqamətində addımlar atılacaq”.

Related Post

“Yol Nişan” MMC-nin direktoru magistral yolda quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayıb“Yol Nişan” MMC-nin direktoru magistral yolda quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayıb

Aprel ayının 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən  verilən məlumata görə,