Avtoreyd.Az Dörd çarx Yollara qəza şəraiti yaradan sürücülər – Təhlükəli görüntülər yayıldı

Yollara qəza şəraiti yaradan sürücülər – Təhlükəli görüntülər yayıldı


Tez-tez izləyicilərin diqqətinə ölkə yollarında təhlükəli vəziyyət yaradan sürücülərlə bağlı görüntülər təqdim edirik.

Xezerxeber.az-ın məlumatına görə, budəfəki süjetdə isə sizlərə qaydaları kobud şəkildə pozaraq yolda qəza şəraiti yaradan 3 sürücünün görüntüsünü təqdim edəcəyik.

Hər üç görüntü ”Xəzər Xəbər”in votsap nömrəsinə göndərilib. Məsələn, ötən gün Adaş-Bakı yolunda qeydə alınmış görüntüdə sərnişin avtobusu o qədər sürətlə hərəkət edir ki, hətta saatda 140 kilometr sürətlə hərəkət edən minik maşını da ona çata bilmir. 99 MM 858 dövlət qeydiyyat nişanlı avtobusun sürücünün qaydaları kobud şəkildə pozduğu açıq aydın görünür. Həmin sürücü bu hərəkəti ilə həm özünün, həm də digərlərinin həyatını təhlükəyə atır.

Digər görüntü isə Qızıldaş yolu kimi tanınan Qaradağ rayonu ərazisindən Sumqayıt istiqamətinə gedən arxa yolda qeydə alınıb. Burada hərəkət edən yük maşınının arxasından o qədər toz qalxır ki, yolda hərkət edənlər görməkdə çətinlik çəkirlər. Sürücü bu hərəkəti ilə yolda qəza şəraiti yaradır.

Şirvan rayonunda çəkilən başqa görüntüdə isə minik maşınına qoyulan turbanın avtomobildən 1 metrdən çox kənara çıxdığı görünür və az qala digər avtomobillərə dəyir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov görüntülərlə bağlı deyib ki, hər 3 sürücü qaydaları pozur. Rayonlararası yolda sərnişin avtobusu maksimum saatda 90 kilmetr sürətlə hərəkət etməli olduqu halda, bu sürücü avtobusu saatda 140 kilometr sürətlə idarə edir. Buna baxmayaraq sürücünün cərimələnməsi üçün bu sürətin yalnız radarla təyin edilməsi vacibdir. Belə olarsa sürücü 150 manat və 3 bal miqdarında cərimələnə bilər. Digər iki görüntüdə isə yükdaşıma qaydalarının pozulması faktı var və buna görə sürücülər 40 manat cərimələnə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Ağstafada yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur (Video+Foto)Ağstafada yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur (Video+Foto)

Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulmasına başlanılıb. 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin

Yük maşınının sürücüsü Bakıda “avtoşluq” etdi – Sürücü cəzalanacaq – VİDEOYük maşınının sürücüsü Bakıda “avtoşluq” etdi – Sürücü cəzalanacaq – VİDEO

Yük avtomobilini minik maşını kimi idarə edir… Xezerxeber.az-ın məlumatına görə, şəhərdaxili yolda ağırtonlajlı avtomobil saatda 80-90 kilometr sürətlə hərəkət edir. Görüntülər paytaxtın Nizami rayonunda lentə alınıb. Eyni istiqamətdə hərəkətdə olan