Avtoreyd.Az Dörd çarx Bakıda avtobus sürücüsündən təhlükəli hərəkətlər: 120 ilə sürür…(Video)

Bakıda avtobus sürücüsündən təhlükəli hərəkətlər: 120 ilə sürür…(Video)


İçərisi sərnişinlə dolu olmasına baxmayaraq, sürücü avtobusu 120 kilometr saat sürətlə hərəkət etdirib.

Xezerxeber.az-ın məlumatına görə, sürücünün bu hərəkəti sərnişinləri qorxuya salıb. Bəzi sərnişinlər buna haqlı narazılıqlarını bildiriblər. Ancaq sürücü iradlara məhəl qoymayıb və əməlini davam etdirib. Üstəlik, daha da sürətli sürəcəyini deyib.

Görüntülər paytaxtdan Mərdəkan və Şüvəlan qəsəbələrinə sərnişin daşıyan 136 saylı avtobusda çəkilib. Dövlət qeydiyyat nişanı 90-VU-141 olan avtobusun sürücüsü üzü hava limanı istiqamətində hərəkətdə olarkən sözün əsl mənasınada sərnişinlərə qorxulu anlar yaşadıb.

Məsələ ilə bağlı sözügedən avtobusların xətt nəzarətçisi Namiq Quliyev isə bildirib ki, həmin sürücü şirkət tərəfindən cəzalandırılacaq.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsini bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, həmin görüntülər polis əməkdaşları tərəfindən araşdırılacaq. Sözügedən ünvanda kameralara baxış keçiriləcək. Sürücünün yol hərəkəti qaydasını pozması təsdiqini tapsa, həmin sürücü qanuna müvafiq cəzalandırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Bakıda yararsız hala düşən eyni səviyyəli piyada keçidləri yenilənib (Foto)Bakıda yararsız hala düşən eyni səviyyəli piyada keçidləri yenilənib (Foto)

Vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri çəkilib, yararsız hala düşən eyni səviyyəli piyada keçidləri yenilənib, standartlara cavab verməyən eyni

Formula 1: “Haas” komandasının pilotları Bakı Bulvarında avtoqraf sessiyası keçiriblər(Foto)Formula 1: “Haas” komandasının pilotları Bakı Bulvarında avtoqraf sessiyası keçiriblər(Foto)

Formula 1 üzrə Azərbaycan Qran Prisinin iştirakçısı olan “Haas” komandasının pilotları – Roman Qrojan və Kevin Maqnussenin iştirakı ilə avtoqraf sessiyası keçirilib.AvtoReyd.Az “Report”un məlumatına görə,bildirir ki, Bakı Bulvarında baş tutan