Avtoreyd.Az Hadisə Bakıda avtomobilləri qarət edən şəxs tutulub (Video)

Bakıda avtomobilləri qarət edən şəxs tutulub (Video)


Bakıda avtomobillərin yan güzgülərini oğurlayan şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Məhəmməd Hadi küçəsi 63-ünvanında yaşayan Hikmət Nəsirov 36-cı polis bölməsinə müraciət edərək avtomobilinin yan güzgülərinin oğurlandığını bildirib. Elə həmin gün polis bölməsinə eyni məzmunlu şikayət ərizəsi ilə Xətai rayonunda yaşayan daha bir neçə avtomobil sahibi müraciət edib.

36-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Oleq Larkov saxlanılıb. Saxlanılan şəxs istintaqla araşdırılan bir dostu ilə Xətai rayonunda bir gecədə 24 nəqliyyat vasitəsinin yan güzgülərinin oğurlayaraq satdıqlarını deyib.

Qeyd edək ki, Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, bu cinayətdə iştrak edən digər şəxsin axtarışları davam edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim ediikr:

Related Post

Goranboyda ağır qəza: ölən və yaralanan var – VİDEOGoranboyda ağır qəza: ölən və yaralanan var – VİDEO

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. Xezerxeber.az-ın məlumatına görə, rayonun Xan Qərvənd kəndində avtomobil yük maşını ilə toqquşub. Minik avtomobilinin sürücüsü, Qızılhacılı kənd sakini, 39 yaşlı Vüqar Xəlifəyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sürücünün həyat yoldaşı, 28