Sabunçu dəmiryolu vağzalı yenidən qurulur.
Xezerxeber.az-ın məlumatına görə, işlərə mayın əvvəlindən başlanılıb. Artıq vağzal binasının içərisindəki otaqlar boşaldılıb. Yeni dəmiryolu vağzalının layihəsi tam hazırdır. Tikinti işlərini həyata keçirən 11 saylı ixtisaslaşdırılmış dəmiryol müəssisəsinin iş icraçısı Əmirxan Məmmədovun sözlərinə görə, plana əsasən “28 May” stansiyasından Sumqayıta qədər olan dəmiryol xətti bütövlüklə yeniləcək. Bu məqsədlə müasir tələblərə uyğun dəmiryol vağzalı qurulacaq.
Vağzalın yaxınlığında yaşayış evləri olduğu üçün vətəndaşların təhlükəsizliyi məqsədilə yeni yeraltı keçid tikilir.
Əmirxan Məmmədov bildirdi ki, layihə çərçivəsində yaxınlıqda yerləşən bir neçə yaşayış evi də söküləcək.
Bütün işlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: