İtaliyanın super avtomobil istehsalçısı gələcəkdə öz model sırasını genişləndirməyə hazırlaşır.
AvtoReyd.Az Rusiya mətbuatına istinadən məlumat verir ki,Lamborghini-nin icraçı direktoru Stefano Dominikali-in sözlərinə görə,marka bazara dördüncü modeli çıxarmağa hazırlaşır və bu salonun tərtib etməsi ilə fərqlənən Gran Turismo sinifinin 2+2 sxemi üzrə yeni avtomobil olacaq.
İtalyan markasının rəhbəri geniş məlumat verməsə də, elektrokar olmadığını dəqiq vurğulayıb.Buraxılış barədə dəqiq məlumat verməyən rəhbər avtomobilin 2024-2025 ildən sonra və tam ötürücü olacağını istisna etməyib.
Lamborghini-in yeni modelinin əsas rəqibləri, şübhəsiz, Ferrari Portofino və GTC4Lusso modelləri olacaq.