Avtoreyd.Az Dörd çarx Binəqədi – Xırdalan yolu bağlanıb (Video)

Binəqədi – Xırdalan yolu bağlanıb (Video)


Yenidənqurma işləri ilə əlaqədər Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi qəsəbəsindən Xırdalan dairəsinədək olan hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Ümumi uzunluğu 20 kilometrə yaxın olan və Bakının bir sıra əsas kənd və qəsəbələrinə gediş-gəlişi təmin edən yolun 17 km-lik hissəsində işlər tam yekunlaşıb. Hazırda xırdalan-binəqədi arasındakı hissədə təmir işləri davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, 2 hərəkət zolaqlı yolun eni 8-10 metr arasında dəyişir. Yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 m. enində yeni piyada səkiləri salınır.

Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəflinin sözlərinə görə, tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə yağış barmaqlıqları qoyulacaq, yol nişanı və məlumatverici lövhə quraşdırılacaq.

Yenidənqurma işləri iyun ayının sonuna qədər yekunlaşacaq yolun tam şəkildə istifadəyə verilməsi paytaxtın iki əsas prospekti-Ziya Bünyadov və Heydər Əliyev prospektlərində nəqliyyat yükünü xeyli azaldacaq.

Bu arada, Bakı Nəqliyyat Agentliyi Sabunçu-Zabrat yolundakı tıxacın aradan qaldırılması üçün yeni layihə hazırlayıb. Layihəyə əsasən, Zabrat şossesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsindəki yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələri başqa əraziyə köçürüləcək.

Nazirlər Kabineti tərəfindən təsdiq edilən layihə yaxın vaxtlarda icra olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Prezident Yardımlıda yolun tikintisinə 9 milyon manat ayırıbPrezident Yardımlıda yolun tikintisinə 9 milyon manat ayırıb

Prezident İlham Əliyev noyabrın 28-də “Yardımlı rayonunun Yardımlı–Bozayran–Bürzünbül–Vərgədüz–Sırıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, iyirmi min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Bozayran–Bürzünbül–Vərgədüz–Sırıq avtomobil yolunun

Şamaxının 5 kəndini birləşdirən yolun təmirinə başlanılıb (Video+Foto)Şamaxının 5 kəndini birləşdirən yolun təmirinə başlanılıb (Video+Foto)

Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, sözügedən yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə