Avtoreyd.Az Dörd çarx Binəqədi – Xırdalan yolu bağlanıb (Video)

Binəqədi – Xırdalan yolu bağlanıb (Video)


Yenidənqurma işləri ilə əlaqədər Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi qəsəbəsindən Xırdalan dairəsinədək olan hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Ümumi uzunluğu 20 kilometrə yaxın olan və Bakının bir sıra əsas kənd və qəsəbələrinə gediş-gəlişi təmin edən yolun 17 km-lik hissəsində işlər tam yekunlaşıb. Hazırda xırdalan-binəqədi arasındakı hissədə təmir işləri davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, 2 hərəkət zolaqlı yolun eni 8-10 metr arasında dəyişir. Yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 m. enində yeni piyada səkiləri salınır.

Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəflinin sözlərinə görə, tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə yağış barmaqlıqları qoyulacaq, yol nişanı və məlumatverici lövhə quraşdırılacaq.

Yenidənqurma işləri iyun ayının sonuna qədər yekunlaşacaq yolun tam şəkildə istifadəyə verilməsi paytaxtın iki əsas prospekti-Ziya Bünyadov və Heydər Əliyev prospektlərində nəqliyyat yükünü xeyli azaldacaq.

Bu arada, Bakı Nəqliyyat Agentliyi Sabunçu-Zabrat yolundakı tıxacın aradan qaldırılması üçün yeni layihə hazırlayıb. Layihəyə əsasən, Zabrat şossesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsindəki yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələri başqa əraziyə köçürüləcək.

Nazirlər Kabineti tərəfindən təsdiq edilən layihə yaxın vaxtlarda icra olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Mingəçevir-Bəhramtəpə yolunun 26 kilometrlik hissəsi istismara verilib (Foto)Mingəçevir-Bəhramtəpə yolunun 26 kilometrlik hissəsi istismara verilib (Foto)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışında iştirak edib. AvtoReyd.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin