Şamaxıda sərnişin daşıyan mikroavtobusun aşması nəticəsində 15 nəfər xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Bakı-Şamaxı-Yevlax yolunun Mirikənd kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki-Bakı marşurutu üzrə hərəkət edən mikroavtobus minik avtomobili ilə toqquşaraq aşıb. Hadisə zamanı 15 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Şamaxı Diaqnostka Mərkəzi və rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: