Avtoreyd.Az Gündəm Azərbaycanda taksi xidmətinin keyfiyyəti yaxşılaşdırılacaq

Azərbaycanda taksi xidmətinin keyfiyyəti yaxşılaşdırılacaq


“Azərbaycanda sərnişin avtobuslarının 77%-nin, yük maşınlarının isə 81%-nin istismar müddəti 10 ildən çoxdur”.

AvtoReyd.Az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov bildirib.

O həmçinin ölkədə qaraj təsərrüfatının lazımi səviyyədə olmadığını, eləcə də qarajların çatışmadığını qeyd edib.

Dövlət Xidmətinin rəisi taksi xidməti ilə bağlı da boşluqların olduğunu da deyib: “Regionlardakı taksilər minimum tələblərə cavab vermirlər. Müvafiq tənzimlənmə olmadığından problemlər yaranır. Bu problemlərin həlli ilə bağlı təkliflər hazırlanır. Taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə kompleks tədbirlər görüləcək”.

Related Post

Bərdə rayonunda Tərtərçay üzərində yerləşən körpü bərpa olunur – FOTOBərdə rayonunda Tərtərçay üzərində yerləşən körpü bərpa olunur – FOTO

Yevlax-Xocalı-Laçın avtomobil yolunun 29-cu km-də, Tərtərçay üzərində yerləşən və qəzalı vəziyyətdə olan körpüdə bərpa işlərinə başlanılıb. “Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, aparılan bərpa işləri zamanı körpünün dayaqlarında əlavə bərkitmə işləri görülür.