Avtoreyd.Az Gündəm Sərnişindaşımada yeniliklər olacaq (Video)

Sərnişindaşımada yeniliklər olacaq (Video)


Hazırda sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrinin 87 faizinin istismar müddəti 10 ildən artıqdır. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün istismar müddətinin 10 ilə endirilməsi nəzərdə tutulur. Bununla yanaşı şəhərlərarası sərnişin daşımalarında vahid onlayn bilet satışı sistemi tətbiq ediləcək.

Sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrinin istismar müddəti 10 ilə endirilir.

Bunu “Avtomobil Nəqliyyatı – Yeni Tənzimləmə konsepsiyası” mövzusunda keçirilən konfransda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov deyib. Çıxış edənlər bildiriblər ki, ölkədaxili sərnişin daşınmasında istifadə edilən nəqliyyat vasitələrinin istismar müddətinin azaldılması ilə bağlı tədbirlər planı hazırlanıb.

Həmçinin bildirilib ki, şəhərlərarası sərnişin daşımalarında vahid onlayn bilet satışı sistemi tətbiq ediləcək. Eyni zamanda avtobusların “avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkətinin təmin edilməsi üçün təkliflər hazırlanıb. Bu məqsədlə tələbata uyğun olaraq paytaxtın bir sıra yerlərində avtostansiyaların təşkili nəzərdə tutulub.

Qeyd edilib ki, yerli daşıyıcılar tərəfindən beynəlxalq daşımalarda təxminən 2000 avtonəqliyyat vasitəsi istifadə olunur ki, bunun da yalnız 1239-u müasir tələblərə cavab verir. Bunların da sayının artırılması və bu sahədə əsasən yerli daşıyıcıların iştirakının təmin olunması istiqamətində işlər görülür.

Related Post