Avtoreyd.Az Hadisə Piyada keçidindən istifadə etməyən kişini maşın vurub

Piyada keçidindən istifadə etməyən kişini maşın vurub


Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, 1969-cu il təvəllüdlü Zəkizadə Müşviq Nicat oğlu Sərhədçi İdman Kompleksinin qarşısında piyada keçidindən istifadə etməyərək qəfil nəqliyyatın sıx hərəkət etdiyi yola çıxıb.

Nəticədə onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Bakıda qadın jurnalist idarə etdiyi “Hammer”lə həkimi vurub – FOTO – VİDEO – YENİLƏNİBBakıda qadın jurnalist idarə etdiyi “Hammer”lə həkimi vurub – FOTO – VİDEO – YENİLƏNİB

Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Xasməmmədova Elvina Vidadi qızı Buzovna qəsəbəsinin Naxçivanski küçəsində idarə etdiyi “Hummer” markalı avtomobillə yolu