Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ağır xəsarət alıb.
Xəsarət alan sürücü, 1957-ci il təvəllüdlü Bəylər Xudaşov və daha bir nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.