Avtoreyd.Az Dörd çarx Yol polisi Bərdədə reyd keçirib: 30-dan artıq sürücü cərimələnib (Video)

Yol polisi Bərdədə reyd keçirib: 30-dan artıq sürücü cərimələnib (Video)


Baş Dövlət Yol Polis İdarəsi əməkdaşları Bərdədə reyd keçirib.

Xezerxeber.az-ın məlumatına görə, reyd zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, avtomobilin konstruksiyasında dəyişiklik edən xeyli sayda sürücü aşkarlanıb. Reyd zamanı həmçinin sürücülük hüququ olmadan avtomobil idarə edilməsi, sürət həddini aşma və digər qayda pozuntuları da aşkar edilib.

Sərxoş halda saxlanılan sürücülərdən biri 1 bakal pivə içdiyini deyərək özünə haqq qazandırmağa çalışıb.

Daha sonra isə polisə tabe olmayaraq avtomobilin sükanı arxasına əyləşmək istəyib.

Avtomobil cərimə meydançasına yerləşdirilib. Sürücü isə tabesizlik göstərdiyinə görə əraziyə çağırılmış Post Patrul Xidməti vastisə ilə polis şöbəsinə aparılıb. Polisin “Saxla” əmrinə tabe olmayan digər bir sürücü isə reydin iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Reyd zamanı 30-dan artıq sürücü barəsində inzibati protokol tərtib olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Paytaxtın bu küçəsi əsaslı şəkildə yenidən qurulur – VİDEO / FOTOPaytaxtın bu küçəsi əsaslı şəkildə yenidən qurulur – VİDEO / FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir.Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə bu dəfə paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mir Cəlal küçəsinin

Neapol və Səməd bəy Mehmandarov küçələrində də yenidənqurma işlərinə start verilib (Video+Foto)Neapol və Səməd bəy Mehmandarov küçələrində də yenidənqurma işlərinə start verilib (Video+Foto)

Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat