“Audi” avtomobil şirkətinin baş direktoru Rupert Ştadler saxlanılıb. AvtoReyd.Az xarici mətbuata istinadən bildirir ki, onun saxlanılmasına səbəb dizel mühərrikləri tərəfindən atmosferə zərərli maddələrin atılmasının göstəriciləri ilə bağlı məlumatların saxtalaşdırılmasıdır.
Ötən həftə Münhen Prokurorluğu dələduzluqda şübhəli bilinən konsernin rəhbərliyinə qarşı ibtidai istintaq açıb. Hüquq-mühafizə orqanları Rupert Ştadler və “Audi” direktorlar şurasının üzvlərindən birinin evində axtarış aparıb.