Avtoreyd.Az Gündəm Avtovağzalda yenidənqurma işləri aparılır (Foto)

Avtovağzalda yenidənqurma işləri aparılır (Foto)


Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin və turistlərin daha təhlükəsiz, rahat və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə yenidənqurma işləri həyata keçirilib və bu işlərin tezliklə yekunlaşdırılması nəzərdə tutulub.

Qurumdan verilən məlumata görə, şəhərlərarası sərnişin daşımalarında dispetçer mərkəzinin yaradılması, habelə vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiyası da diqqət mərkəzində olan məsələdir.

“Eyni zamanda, şəhərlərarası və beynəlxalq sərnişin daşımalarında avtobusların “avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkətinin təmin edilməsi üçün təkliflər hazırlanıb, tələbata uyğun olaraq paytaxtın bəzi yerlərində avtostansiyaların təşkili istiqamətində tədbirlər görülüb. Təqdim etdiyimiz layihənin əsas məqsədi nəqliyyat və piyada axınlarının bir-birindən ayrılması, heç bir yerüstü piyada zolağından (zebra) istifadə edilməməsi, avtobusların piyada axını ola biləcək yerlərdə geriyə hərəkətinin ləğv edilməsi, nəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması, taksilər, şəxsi minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələrinin əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilməsidir”, – deyə məlumatda bildirilir.

AvtoReyd.Az

Related Post

Kamran Əliyev: “Sükan arxasında söhbət edən sürücülərin cərimələnməsi ilə bağlı xüsusi göstəriş yoxdur”Kamran Əliyev: “Sükan arxasında söhbət edən sürücülərin cərimələnməsi ilə bağlı xüsusi göstəriş yoxdur”

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərin nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıracaq hərəkətləri etməsinə görə cərimələnəcəyi ilə bağlı sosial şəbəkələrdə

Cəlilabad avtovağzalında avtobus problemi: qiymətlər də artırılıb – VİDEOCəlilabad avtovağzalında avtobus problemi: qiymətlər də artırılıb – VİDEO

Bayram istirahəti başa çatmasa da, bölgələrdən paytaxta qayıdan sərnişinlərin sayı çoxalıb. Xezerxeber.az-ın məlumatına görə, Cəlilabad avtovağzalında Bakıya getmək istəyən sərnişinlər həmin istiqamətdə marşrut olmadığı üçün saatlarla yolda gözləməli olublar. Rayondan