Avtoreyd.Az Dörd çarx Bakı-Quba yolunda təmir işləri aparılır

Bakı-Quba yolunda təmir işləri aparılır


Respublika ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 10:00-dan axşam saatlarınadək Bakı-Quba avtomobil yolunun 45-52 kilometrliyinin hər iki istiqamətində yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, bu məqsədlə sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş edir.

AvtoReyd.Az

Related Post

Formula 1: “Haas” komandasının pilotları Bakı Bulvarında avtoqraf sessiyası keçiriblər(Foto)Formula 1: “Haas” komandasının pilotları Bakı Bulvarında avtoqraf sessiyası keçiriblər(Foto)

Formula 1 üzrə Azərbaycan Qran Prisinin iştirakçısı olan “Haas” komandasının pilotları – Roman Qrojan və Kevin Maqnussenin iştirakı ilə avtoqraf sessiyası keçirilib.AvtoReyd.Az “Report”un məlumatına görə,bildirir ki, Bakı Bulvarında baş tutan

Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi aparılır (Vide+Foto)Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi aparılır (Vide+Foto)

Xızı rayonunun Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə yenidənqurma işləri aparılır. Azərbaycan