Avtoreyd.Az Hadisə Bakıda ölümlə nəticələnən ağır qəza (Video)-Yenilənib

Bakıda ölümlə nəticələnən ağır qəza (Video)-Yenilənib


AvtoReyd.Azın məlumatınna görə,Bakı şəhərinin Heydər Əliyev prospektində (əsas yolda), Bağırov körpüsünün yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunub.

Belə ki, təxminən 50-55 yaşlı, şəxsiyyəti məlum olmayan kişi körpünün altında, nəqliyyat vasitələrinin sürət həddinin saatda 90 km olduğu yerdən bir neçə dəfə yolu keçərək avtomobillərə mane olub. Sürücülər bu hərəkətinə görə ona bir neçə dəfə irad tutub. Buna baxmayaraq, həmin şəxs yolun digər tərəfinə yenidən keçiərkən onu 1944-cü il təvəllüdlü Əliyev Tofiq Mahmud oğlunun idarə etdiyi 90-VA-050 dövlət qeydiyyat nişanlı “Ford Edge” markalı avtomobil vurub.

Nəticədə piyada hadisə yerində ölüb.Hadisə yerinə Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mahmud Abdullayev və Nərimanov RPİ-nin əməkdaşları cəlb edilib. Ərazidə avtotexniki ekspertiza təyin edilib. İlkin ehtimala görə, piyada sərxoş olub.

Qəzanı törədən avtomobil cərimə meydançasına yerləşdirilib, sürücü isə saxlanılıb.

AvtoReyd.Az

Related Post