Bu gün Bakı-Qazax magistralının Goranboy rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qəza olub.
APA-nın Qərb bürosunun məlumatına görə, “KIA Sportage” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 2 qadın bədən xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə,1960-cı il təvəllüdlü Həsənova Qönçə və onun gəlini 1995-ci il təvəllüdlü İbrahimova Zərifədir. Z. İbrahimova avtomobilin sürücüsi olub.
Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.