Kiyevdə iki yeniyetmə gəncin metroda təhlükəli oyunu hər kəsi heyrətə gətirib.
Kiyevskiy Ekspress-in verdiyi məlumata görə, hadisə Ukrayna paytaxtının «Dvoreç sporta» stansiyasında yaşanıb. Hadisə şahidinin çəkdiyi videoda görünür ki, qatarın yaxınlaşdığını görən iki gənc özünü tunnelə ataraq relslərin arasına uzanırlar. Qatar gəlib onların üstündən keçəndən sonra dayanır. Maşinist platformaya çıxaraq hadisə şahidlərindən baş verənləri soruşur.
Sonradan məlum olub ki, qatar çəkiləndən sonra gənclər ordan qaçıblar. Polis onları tuta bilməyib./faktxəbər