Avtoreyd.Az Gündəm Bakı-Sumqayıt elektrik qatarları cədvəl üzrə hərəkət edir

Bakı-Sumqayıt elektrik qatarları cədvəl üzrə hərəkət edir


İyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakıdan bölgələrə gedən və bölgələrdən Bakı Sərnişin Stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır.

AvtoReyd.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Astara-Horadiz-Bakı sərnişin qatarı vaxtında, Böyük Kəsik-Bakı sərnişin qatarı bir saat yarım gecikmə ilə artıq Bakı Sərnişin Stansiyasına çatıb. Digər sərnişin qatarları gecikmələrlə Bakıya gəlməkdədir.

Bu gün Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları cədvəl üzrə hərəkət edir. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün, gün ərzində iki dəfə olmaqla, bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılır.

Related Post

Dövlət avtomobilləri satışa çıxır – KİA 4 000, Daewoo 3000 AZN (QİYMƏTLƏR)Dövlət avtomobilləri satışa çıxır – KİA 4 000, Daewoo 3000 AZN (QİYMƏTLƏR)

Azərbaycanda dövlət maşınları satışa çıxarılır. AvtoReyd.Az-in məlumatına görə, 18 sentyabr tarixində hərraca Vergilər Nazirliyinin 8 ədəd avtomobili çıxarılacaq. Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə