Avtoreyd.Az Hadisə Bakını bürüyən dumanın səbəbi bilindi – RƏSMİ AÇIQLAMA (Video)

Bakını bürüyən dumanın səbəbi bilindi – RƏSMİ AÇIQLAMA (Video)


Bakıda dünən gecə müşahidə olunan duman qatının əmələ gəlmə səbəbi məlum olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, havaların isti keçməsi atmosferin alt hissəsində belə bir qatın əmələ gəlməsinə gətirib çıxarıb.

Dünən gecə saatlarında paytaxt Bakıda dumanın yaranmasına kəskin isti hava şəraiti səbəb olub.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi milli hidrometeorologiya departamentinin hidrometeoroloji proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, Bakıda və Abşeron yarmadasında uzun müddət davam edən qızmar hava şəraiti, eyni zamanda gecə və səhər saatlarında müşahidə olunan normadan yüksək nisbi rütubət havanın durğun keçməsinə səbəb olub.

Gülşad Məmmədova qeyd edib ki, havada əmələ gələn duman sırf metereoloji şəraitlə bağlıdır.

Bu cür hava şəraitinin əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə riskli hesab olunduğu bildirilir.

Related Post