Avtoreyd.Az Gündəm BNA: Sərnişinlərdən gediş haqqı tələb edən sürücülər cəzalanacaq

BNA: Sərnişinlərdən gediş haqqı tələb edən sürücülər cəzalanacaq


Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb edir.

Bunu AvtoReyd.Az-a paytaxt sakinləri bildirib.

Onların sözlərinə görə, hazırda 30, 32, 46 və 49 saylı marşrut avtobuslarında sərnişinlərdən gediş haqqı tələb olunur.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Report”a bildirib ki, tələblərə əməl etməyən daşıyıcılar cəzalanacaq: “Belə bir gündə verilən göstərişə əməl etməyən, əhalini narazı salan və işinə məsuliyyətsiz yanaşan daşıyıcı, şəxslər barəsində ən sərt tədbirlər görüləcək”.

AvtoReyd.Az

Related Post

“Hər bir hərəkət iştirakçısı hüquq və vəzifələrinə münasibətdə həssas olmalıdır”“Hər bir hərəkət iştirakçısı hüquq və vəzifələrinə münasibətdə həssas olmalıdır”

“Yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təminatı istiqamətində qabaqcıl metod və texnologiyalardan geniş istifadə olunur. Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmaqla bərabər, başqalarının hüquq və vəzifələrinə münasibətdə həssas olmalıdır. Bu