Avtoreyd.Az Dörd çarx Diqqət! Rənglənmə işləri aparılır

Diqqət! Rənglənmə işləri aparılır


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə səhər saatlarından Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun,Sumqayıt dairəsidən H.Z. Tağıyev qəsəbəsi istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Bundan başqa Z.Bünyadov prospektinin, 20 yanvar dairəsindən, Koroğlu metrosu istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.Rənglənmə işləri gecə saatlarından başlayaraq səhər saatlarınadək davam etdiriləcək.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.Bunu AvtoReyd.Az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib.

Related Post

Ağdaş rayonu Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu tikilir (Video+Foto)Ağdaş rayonu Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolu tikilir (Video+Foto)

Birbaşa olaraq sənaye, kənd təsərrüfatı və turizmin inkişafına, bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirməsinə gətirib çıxaran yol infrastrukturu layihələrinin icrası uğurla davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi yenidən qurulub – VİDEOBakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi yenidən qurulub – VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsindən keçən 1,9 km-lik hissəsinin iki hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilərək tikintisi işləri yekunlaşdırılıb. “Azəravtoyol” ASC-dən AvtoReyd.Az–a daxil olan məlumata görə, layihə sözügedən yolun